SON XƏBƏRLƏR

Pentaqondan İrana cavab

2021.10.20, 07:36
Pentaqondan İrana cavab

Gunaz.tv

GünAz TV: İran bəyan edib ki, Yeni İl ərəfəsində Körfəzi tərk etmiş ABŞ-ın (Amerika Bi8rləşmiş Ştatları) “John C. Stennis” təyyarə gəmisi bir daha qayıdarsa, Vaşinqton üçün problemlər yaranacaq.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Corc Littl bu hədələrə cavab verərək bildirib ki, ABŞ hərbi qüvvələri son on il ərzində olduğu kimi Körfəzdə qüvvələrini cəmləşdirməkdə davam edəcək: “ABŞ-ın əsas vəzifəsi Hörmüz boğazından təhlükəsiz keçidə qarantiya verməkdir”.

 

ABŞ Dövlət Departamentinin (xarici işlər naziri) mətbuat xidmətinin rəhbəri Viktoriya Nuland bəyan edib ki, İranın yeni hədələri bu ölkəyə tətbiq olunan sanksiyaların (təhrim) özünü doğrultduğunu göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar