SON XƏBƏRLƏR

İran qonşu ölkə Pakistanla sərhədi bağlayıb

2021.10.20, 07:36
İran qonşu ölkə Pakistanla sərhədi bağlayıb

Gunaz.tv

GünAz TV: İran pakistan ilə öz sərhədlərini bağlayıb. Bu 3 İranlı  hərbçinin pakistanlı sərhədçilər tərəfindən saxlanılmasından sonra baş verib.

 

Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə,  hadisə Beluçistan əyalətində baş verib.

 

İranlılar qaçaqmalçıları təqib edərkən Pakistanla sərhədi keçib. Atışma zamanı iki nəfər  yaralanıb. Yaralananlardan biri daha sonra dünyasını dəyişib. Qaçaqmalçılar isə gizlənməyə müvəffəq olublar. Atışmadan sonra İran hərbçiləri pakistanlı sərhədçilər tərəfindən saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar