SON XƏBƏRLƏR

Molla rejimi İranın dünya ilə internet əlaqəsini kəsəcək

2021.10.20, 07:36
Molla rejimi İranın dünya ilə internet əlaqəsini kəsəcək

Gunaz.tv

GünAz TV: İran coğrafiyasında yaşayan əhali və müxtəlif millətlərin oyanışından vahiməyə düşən İran rejimi internetə qadağa qoyacaq.

 

İran İnformasiya Təşkilatının rəsmi nümayəndəsi Peyam Kərbasi öz açıqlamasında bəyan edib ki, İran tezliklə dünya ilə internet əlaqəsini tamamilə kəsəcək.

 

O bildirib ki, İranda «intranet» adlı milli internet fəaliyyətə başlayacaq və vətəndaşlara yalnız ölkə daxilində intranetdən istifadəyə icazə veriləcək: «Bu, internet deyil, intranetdir. Yəni, yalnız ölkə daxilini əhatə edən milli internetdir. Bununla da İranın tezliklə dünya ilə daha internet əlaqəsi qalmayacaq».

 

Kərbasinin sözlərinə görə intranet iki həftəyə qədər işə düşəcək. Onun sürəti 2 meqabayt olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar