SON XƏBƏRLƏR

İran pulu dəyərdən düşür

2021.10.20, 07:36
İran pulu dəyərdən düşür

Gunaz.tv

GünAz TV: İrana qarşı sanksiyalar (təhrim) artıq öz təsirini açıq-aşkar göstərir. Beləki, İran pul anbaan dəyərini itirir.

 

Dünən İran bazarında dolların kursu kəskin şəkildə dəyişərək, 1 dollar 1780 tümənə (17800 riyala) alım-satım olub.

 

İranda Avro və Funt kursuda anbaan dəyişir. 1 funt 2550 , 1 Avro isə 2230 tümənə müamilə olunub.

 

Qeyd edək ki, 3 gün öncə Barak Obama İrana qarşı əlavə, daha sərt sanksiyaların (təhrim) tətbiqini nəzərdə tutan müdafiə üzrə yeni qanun layihəsini imzalayıb. Sənədə əsasən İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edənlərə qarşı Amerikanın maliyyə sistemi ilə əlaqə yasaqlanacaq.

 

Dolların qiymətində artış məhz bu qərardan sonra yeni vüsət alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar