SON XƏBƏRLƏR

İki uyğur türkü Çin polisi tərəfindən öldürülüb

2021.10.20, 07:36
İki uyğur türkü Çin polisi tərəfindən öldürülüb

Gunaz.tv

GünAz TV: Çinin Ninsya-Xuey muxtar rayonunda (məntəqə, şəhər) yüzlərlə müsəlman uyğur Çin polisinə qarşı etiraz nümayişində iştirak edib.

 

Polislə qarşıdurma yerli məscidlərin birində başlayıb. Hakim dairələr yenicə tikilmiş məscidi qanunsuz sayıblar və onu sökmək istəyiblər. Yerli müsəlmanlar öz ibadət yerlərinin müdafiəsinə qalxıblar. Bu barədə «Agence France-Presse»yə istinadən xəbər yayıb.

 

Yerli hüquq mücdafiəçilərinin bildirdiyinə görə, hadisə zamanı ik nəfər ölüb, 50 nəfər yaralanıb. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan, dəyənəklərdən və başqa vasitələrdən istifadə edib.

 

Qeyd edək ki, Çinin 6 milyondan çox insan yaşayan Ninsya-Xuey muxtar rayonunda yerli əhali əsasən müsəlmandır, oğuz qrupuna daxil olan salar dilində və qismən çincə danışırlar. Pekinin son illərdə rayona çox sayda çinli köçürməsinə və yerli əhalinin payı 35 faizə düşməsinə baxmayaraq yerli əhali öz dini inancına hörmətlə yanaşır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar