SON XƏBƏRLƏR

Azərbaycan prezidenti Sarkisyanı döymək istəyib

2021.10.20, 07:36
Azərbaycan prezidenti Sarkisyanı döymək istəyib

Gunaz.tv

GünAz TV: Kremldəki qovğaya dair yeni detal (təfərrüat) üzə çıxıb. Prezidentlər pencəklərini çıxarıblarmış.

GünAz TV: MDB-nin (Müstəqil Dövlətlər Birlyi) 20 illik yubiyeyi (ildönümü) münasibətilə Moskvada keçirilən zirvədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan arasında qovğa olduğu barədə xəbər yaymışdıq.

Bu məsələyə dair yeni detallar məlum olub. Türkiyədə çıxan "Hürriyet" qəzeti olayı "Sarkiyano döyürdü" başlığı ilə verib.

Yazıda belə qeyd olunub:

Medal verdirtmədi

Ermənistanda nəşr olunan "Aykakan Jamanak" qəzetinin Kremlin qaynaqlarına istinadən verdiyi xəbərə görə, yubiley zirvəsində hər ölkədən bir səlahiyyətli, MDB-nin güclənməsi üçün verdiyi xidmətlərə görə bir medalla təltif olunacaqdı. Ermənistan mükafata xarici işlər nazirinin müavini Şavarş Koçaryanı namizəd göstərincə böhran yaranıb. Davamlı olaraq Azərbaycan əleyhinə şərhlər verən erməni nazir müavininə medal verilməsinə Əliyev sərt bir səs tonuyla etiraz edib. Bundan sonra Medvedev Koçaryana medal verməyib.

 

Pencəkləri çıxardılar

 

Bu mərhələdə Sarkisyan Əliyevə reaksiya verib. İki lider arasında qısa müddət sonra söz dueli başlayıb. Tərəflər bir-birlərinə "Mən sənə göstərərəm" deyiblər. İki lider pencəyini çıxarıb bir-birinin üstünə getməyə başlayınca, bir müddət səssiz qalaraq mübahisəni izləyən Medvedev araya girib.

 

Yaraşmır, cənablar

"Cənablar, nədir belə? Sizə yaraşmır" deyə araya girən Rusiya prezidenti tərəfləri ayırıb. Erməni qəzet bu haqda belə yazıb: "Beləcə, Kremlin sarayında Sarkisyan-Əliyev boks müsabiqəsi başlamadan bitmiş oldu".

"Hurriyet" qəzetinin xəbərinin çox hissəsi Azərbaycan mətbuatındada gedib. Fəqət qovğanın bu qədər ciddi olduğu, hətta pencəkçıxarma səviyyəsinə çatması yeni detaldır. Yəqin ki, Medvedev araya girməsə, mübahisənin sonu "Hürriyet" qəzetinin yazdığı kimi olacaqdı. Qəzet ona görə yazının başlığını "Sarkisyanı döyürdü" qoyub ki, savaşan tərəflərin arasındakı boy və çəki fərqini nəzərə alıb.  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar