SON XƏBƏRLƏR

Koreya yarımadasında yeni mərhələ başlayır?

2021.10.20, 07:36
Koreya yarımadasında yeni mərhələ başlayır?

Gunaz.tv

GünAz TV: Güney Koreya prezidenti Li Myunq-bak deyir ki, Quzey Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün imkan mövcuddur, amma Quzey provokasiyalardan (qışqırtı) çəklinməlidir.

 

GünAz TV mətbuat mərkəzinin "Amerikanın səsi"nə istinadən yaydığı məlumata görə, Yeni İl münasibətilə xalqa müraciətində Li Koreya yarımadasında situasiyanın (vəziyyət) dönüş nöqtəsinə çatdığını bildirib.

 

“Əgər Quzey Koreya masa (miz)  arxasına səmimi hisslərlə otursa, biz birlikdə Koreya yarımadasında yeni eraya (dövr) başlaya bilərik. Amma biz ilk öncə qarşılıqlı etimad problemini həll etməliyik”, - deyə Güney Koreya prezidenti bildirib.

 

Li Myunq-bakın bəyanatı Quzey koreya lideri Kim Çen İrin ölümündən sonra hakimiyyətin kommunist dövlətində onun oğlu Kim Çen Inın əlinə keçməsindən sonra verilib.

Rəsmi Pxenyan dünənki bəyanatında cənab Kimi ölənədək qoruyacağını bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar