SON XƏBƏRLƏR

Türkiyədə hərbçilərin növbəti həbs dalğası başladı

2021.10.20, 07:36
Türkiyədə hərbçilərin növbəti həbs dalğası başladı

Gunaz.tv

GünAz TV: Türkiyədə 1997-ci il 28 fevral (February) dövlət çevrilişi işi üzrə istefada olan 11 general həbs olunub.

Həbs olunanlar ordu generalı Tefvik Özkılıc, həmçinin generallar Berkay Turqut, Mehmet Faruk Alpaydın, Metin Keşap və başqalarıdır. Bu barədə Gün.Az Türkiyə mediasına istinadən xəbər yayıb.

 Ümumilikdə dövlət çevrilişi haqqında işdə adı çəkilən 15 şəxs həbs olunub və türk mətbuatı bu rəqəmin artacağını hesab edir. Ötən həftə adı çəkilən iş çərçivəsində 31 keçmiş hərbçi saxlanılıb və onlardan 18-i, o cümlədən keçmiş Baş Qərargah rəisinin müavini, istefada olan general Çevik Birin barəsində həbs qəti-imkan tədbiri seçilib.

 Qeyd edək ki, 1997-ci il fevralın 28-də general Birin rəhbərlik etdiyi silahsız hərbi çevriliş Türkiyədə islamçı “Rifah” partiyasının rəhbəri Nəcməddin Erbakanın başçılıq etdiyi koalisiya (etilaf) hökumətinin süqutuna gətirdi. 1960-cı ildən başlayaraq – ilk hərbi çevriliş tarixindən başlayaraq, ölkə təxminən hər 10 ildən bir çevrilişlərə məruz qalıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar