SON XƏBƏRLƏR

Avropa Birliyi İrana qarşı sanksiyaları (təhrim) genişləndirmək istəyir

2021.10.20, 07:36
Avropa Birliyi İrana qarşı sanksiyaları (təhrim) genişləndirmək istəyir

Gunaz.tv

GünAz TV: İran qərb ölkələrinin çəngindən qurtula bilmir. Avropa Birliyi (AB) İrana qarşı sanksiyaları (təhrim) daha da genişləndirməyi planlaşdırır.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəliyinin rəsmisi Maykl Mann bildirib.

 

Onun sözlərinə görə, məsələnin AB-nin yanvarın (January) 30-da keçirilməsi planlaşdırılan zirvə toplantısına qədər həllini tapması gözlənilir.

Qeyd edək ki, ötən ilin sonlarında AB İranda 180 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar