SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Ramin Cəbrəili tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Ramin Cəbrəili tutuqlanıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı şair, milli-mədəni fəal Ramin Cəbrəili (Yaşar) Təbrizdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb.

 

Əldə etdiyimiz məlumata görə, ETTELAAT məmurları 2012-ci il yanvarın 1-i (1390-cı il deyin 11-i) yerli vaxtla saat 08:00-da su sayğacına baxmaq adı ilə evə daxil olublar. Onlar azərbaycanlı fəalın ailəsini təhdid edib, onu kobud şəkildə yaxalayıb və özləri ilə aparıblar.

 

Qeyd edək ki, azərbaycanlı fəal bir çox milli mərasim o cümlədən Savalan”, tanınmış milli-mədəni fəal mərhum İbrahim Cəfərzadənin dəfn mərasimi və mərhum Ustad-şair Abbas Barizin 40 günü münasibəti ilə keçirilən yas mərasimində aparıcı şəxs kimi iştirak edib.

 

Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəal müxtəlif vaxtlarda ETTELAAT idarəsinin təzyiq və təhdidlərinə məruz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar