SON XƏBƏRLƏR

Suriya hökumətinin müxalifləri birləşir

2021.10.20, 07:36
Suriya hökumətinin müxalifləri birləşir

Gunaz.tv

GünAz TV: Ərəb Birliyi müşahidəçiləri Suriyadakı araşdırmaları davam etdirir. Ancaq ölkədəki vəziyyət düzəlmək əvəzinə, daha da pisləşir. İqtidar əleyhinə aksiyalarda (yürüş) daha 8 nəfər dünyasını dəyişib.

Müşahidəçilər Derada snayperlər (təktirəndaz, nişancı) gördüklərini bildiriblər. Ölkədəki vəziyyətin pisləşdiyini bəyan edən müşahidəçilər Əsad rejimindən snayperlərin dərhal yığışdırılmasını tələb ediblər. Onlar "Snayperləri çəkməsəniz, nəticələrinə qatlanacaqsınız" deyə Suriya iqtidarına xəbərdarlıq ediblər.

Ərəb Birliyi missiyasının (görəvliləri) Suriyadakı fəaliyyəti ilə hələ də müzakirə mövzusudur. Birlik nəzdindəki məşvərət şurası müçahidəçilərin Suriyadan geri çağırılmasını tələb edib. Açıqlamada Əsad rejiminin müşahidəçi heyətindən insan haqlarının pozulması hallarını ört-basdır etmək üçün istifadə etdiyi bildirilib.

 Suriya müxalifəti isə Əsada qarşı güclərini birləşdirir. Ölkənin iki böyük müxalifət təşkilatı Əsad rejimi devriləcəyi təqdirdə demokratiyaya keçidi təmin etmək üçün Misirin paytaxtı Qahirədə sazilş imzalayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar