SON XƏBƏRLƏR

Prezident Obama İrana qarşı yeni sanksiyaları (təhrim) təsdiqləyib

2021.10.20, 07:36
Prezident Obama İrana qarşı yeni sanksiyaları (təhrim) təsdiqləyib

Gunaz.tv

GünAz TV: Barak Obama İrana qarşı əlavə, daha sərt sanksiyaların (təhrim) tətbiqini nəzərdə tutan müdafiə üzrə yeni qanun layihəsini imzalayıb.

 

Sənədə əsasən İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edənlərə qarşı Amerikanın maliyyə sistemi ilə əlaqə yasaqlanacaq.

 

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Barak Obama deyib ki, sənədi imzalasa da, onda terrorçuluqda şübhəli bilinən xarici vətəndaşlara qarşı nəzərdə tutulan addımlarla razı deyil .

 

“Sənədi bütövlükdə imzalamam faktı (gərçək) onun bütün müddəaları ilə razı olduğumu göstərmir”.

Yeni qanun layihəsinin təsdiqlənməsi İranla əlaqələrin gərginləşməsinə təsadüf edir.

 

Bir neçə həftə bundan əvvəl Amerika İranın neft sənayesini hədəfləyən sanksiyalar qəbul edib.

 

Körfəzdə hərbi manevrlər keçirən Tehran yeni sanksiyalar təqdirində əsas neft ixracı marşrutu (məsir) olan Hörmüz boğazının bağlanılacağına dair xəbərdarlıqla çıxış edib.

 

ABŞ administrasiyası (Amerika Birləşmiş Ştatları Hökuməti) ehtiyat edir ki, İranın enerji sektoruna (bəxş, bölüm) qarşı daha sərt sanksiyalar neft bazarlarında sabitliyi pozaraq potensial müttəfiqləri uzaqlaşdıra bilər.

 

Amerika və onun müttəfiqləri İranı nüvə silahı əldə etmək cəhdində təqsirləndirirlər.

Tehran yalnız sülh təyinatlı proqrama malik olduğunu bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar