SON XƏBƏRLƏR

Azərbaycanın GUAM-a sədrliyi başladı

2021.10.20, 07:36
Azərbaycanın GUAM-a sədrliyi başladı

Gunaz.tv

Gün Az TV: Azərbaycan GUAM-a sədrliyi qəbul edib. Dünəndən başlayaraq bir il ərzində Azərbaycan GUAM-a sədrlik edəcək.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Azərbaycanın təşkilata sədrliyi dövründə əsas prioriteti (öncəlik) GUAM məkanında münaqişələrin həlli, hüquq-mühafizə sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində işbirliyi, GUAM çərçivəsində parlamentlərarası əməkdaşlığın inkişafı olacaq.

 

Xatırladaq ki, Azərbaycanın GUAM-a sədrliyi ilə bağlı qərar dekabrın (December) 7-də GUAM Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçirilən toplantısında qəbul olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar