SON XƏBƏRLƏR

Beynəlxalq təşkilatlar seçki saxtakarlığına görə Ermənistan hakimiyyətini kəskin pisləyib

2021.10.20, 07:36
Beynəlxalq təşkilatlar seçki saxtakarlığına görə Ermənistan hakimiyyətini kəskin pisləyib

Gunaz.tv

GünAz TV: Əhalisinin sayı 3 milyona çatmayan ölkədə səsvermə siyahılarında 2.5 milyon seçicinin adının yer alması diqqət çəkib.

ATƏT (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı), Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamenti Ermənistanda keçirilən parlament seçkilərini pisləyən birgə bəyanat yayıb. Bildirilir ki, Ermənistandakı seçki zamanı ciddi qanun pozuntuları aşkarlanıb, seçki məcəlləsinin tələblərinə əməl olunmayıb, seçicilərə qarşı təzyiqlər qeydə alınsa da, şikayətlərə baxılmayıb. Bəyanatda səsvermə zamanı iqtidar partiyasının nümayəndələrinin seçki prosesinə (sürəc) müdaxilələri qeydə alındığı  vurğulanır. Ermənistanın bir neçə siyasi partiyası da bəyanatla çıxış edib. Bəyanatda seçkidə kütləvi qanun pozuntularına yol verildiyi  bildirilib. Şikayətlər, əsasən, seçki qutularına hakim partiyanın namizədlərinin xeyrinə  bülletenlər atılması, təkrar səsvermə və rüşvət paylanma halları ilə bağlıdır. Müxalifət nümayəndələri pozutuların kütləvi xarakter daşıdığını və qabaqcadan düşünülmüş plan üzrə gerçəkləşdirildiyini bəyan edirlər.  Namizədlərdən biri, Akop Akopyan seçicilərə ona səs vermələri üçün 20 min dram məbləğində pul təklif etsə də, onun rəqibi, Ermənistan Respublikaçı (cümhuriyyətçi) partiyasından namizədliyini irəli sürmüş Seyran Saroyan bu məbləğı 50 min dramadək yüksəldib.

Əhalisinin sayı 3 milyona çatmayan ölkədə səsvermə siyahılarında 2.5 milyon seçicinin adının  yer alması da diqqət çəkib. Bu ölkənin Müxalifəti bildirib ki, MSK (Mərkəzi Seçki Komissiyası) Ermənistandan iş dalınca başqa ölkələrə köçənlərin adlarını kütləvi şəkildə siyahılara daxil edib və onların əvəzindən qutulara topa bülletenlər doldurulub.

Səsvermə başlayandan  sonra “Saxtakarlıqsız Ermənistan” adlı vətəndaş koalisiyası (etilaf) məlumat yayıb ki, Gürcüstanın Cavaxeti bölgəsindən qanunsuz olaraq səs vermək üçün ermənilər  ölkəyə gətirilib. Təşkilat Ermənistan-Gürcüstan sərhədini dolu Cavaxetiya ermənilərinin avtobuslarla keçdiklərini qeydə alıb.  Onların hakim partiyanın xeyrinə saxtakarlıqda iştirak etmək üçün gətirildiyi bəyan olunub.  Təşkilatın bildirdiyinə görə Cavaxetiya ermənilərinə Ermənistan pasportları verilib və  onlar səsvermədə iştirak edib.

Ermənistan müxalifəti seçkilərin təkrar keçrilməsini və saxtakarlığa yol verənlərin cəzalandırılmasını tələb edir.  Tələb yerinə yetrilməyənədək kütləvi aksiyaların davam etdiriləcəyi bəyan olunub. İTV

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar