SON XƏBƏRLƏR

Azərbaycanlıların Fransaya Etirazları Dəvam Edir

2021.10.20, 07:36
Azərbaycanlıların Fransaya Etirazları Dəvam Edir

Gunaz.tv

Azərbaycanlıların Fransaya Etirazları Dəvam Edir

Günaz tv : Rusiyanın St Peterburq şəhərində aksiya keçirən Azərbaycanlılar Fransaya, Xocalı soyqırımını xatırlatdı.

1915 hadisələrinə bağlı Erməni iddialarını rədd etməyi suç sayan Fransa, Rusiyanın St Peterburq şəhərindəki Azərbaycanlı cəmiyyəti tərəfindən etiraz edildi.

Fransa konsulluğu qarşısında toplanan Azərbaycanlılar, Paris rəhbərliyinin, Ermənistanın Xocalıda  Azərbaycan Türklərinə qarşı  etdiyi qırğına tamaşaçı qaldığını protesto etdilər.

Fransa Respublika başçısı Nicolas Sarkozy əleyhində də şüar atan aksiyacılar, "Azərbaycan Türkiyə Qardaşdır", "Sarkozy Türkiyədən əlini çək", "Sarkozy Xocalını unutma" yazılı pankartlar açdılar.

Aksiyacılar eyləmin  sonunda Fransız Konsulluğuna bir qınama məktubu verdilər və səsizcə aksiya sona çatdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar