SON XƏBƏRLƏR

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü səlahiyyətlərinin icrasına başlayıb

2021.10.20, 07:36
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü səlahiyyətlərinin icrasına başlayıb

Gunaz.tv

GünAz TV: Azərbaycan BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü səlahiyyətlərinin icrasına başlayıb.

 

Bu gündən etibarən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü səlahiyyətlərinin icrasına başlayıb.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Azərbaycan iki il müddətinə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. Bu ilin oktyabrında (October) BMT Təhlükəsizlik Şurasına 5 yeni üzv seçilib. Oktyabrın 21-də keçirilən səsvermə nəticəsində Qvatemala, Mərakeş, Pakistan və Toqo quruma qeyri-daimi üzv seçilib. Oktyabrın 24-də keçirilən səsvermə nəticəsində isə Azərbaycan 155 səs toplayaraq iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.

 

Qeyd edək ki, Azərbaycan bu postda səlahiyyət müddəti 2011-ci il dekabrın (December) 31-də başa çatacaq Bosniya və Herseqovinanı əvəzləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar