SON XƏBƏRLƏR

İranlı ayətullah gənc repçinin mürtədliyi haqda fitva verdi, ölüm hədələri başladı

2021.10.20, 07:36
İranlı ayətullah gənc repçinin mürtədliyi haqda fitva verdi, ölüm hədələri başladı

Gunaz.tv

GünAz TV: İranın iqtidaryönlü ruhanilərindən olan ayətullah Lüfullah Safi Qolpayeqani Almaniyada mühacirətdə yaşayan məşhur gənc repçi Şahin Nəcəfinin mürtədliyi haqda fitva verib.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Şahin Nəcəfinin mürtəd sayılması İmam Nağı haqda yenicə oxuyub yaydığı mahnı ilə bağlıdır.

 Ayətullah Safi Qolpayeqani tərəfdarlarından birinin ona verdiyi “Təəssüflər olsun ki, son vaxtlar xaricdə yaşayan bəzi əks-inqilabçılar virtual (məcazi) aləmdə, yəni internetdə, saytlarda və ya öz bloqlarında açıq-aşkar bizim məzlum imamımız sayılan İmam Nağını  təhqir edir, ona cəsarət edirlər. Bu kimi şəxslərin hökmü nədir?”

 Axund Safi Qolpayeqani həmin suala belə cavab verib: “Əgər həzrəti təhqir ediblərsə, mürtəd sayılırlar”.

 İrandakı islam cəza qanunlarına görə, mürtədlikdə günahlandırılan şəxsin qətlə yetirilməsi vacibdir və bu kimi şəxslərə ölüm hökmü çıxarılır. Safi Qolpayeqaninin bu fitvasından sonra hakimiyyət tərəfdarı olan ayrı-ayrı qüvvələr internet saytlarında yazılar dərc edərək gənc repçi Şahin Nəcəfini qətlə yetirmək üçün hazır olduqlarını bildiriblər.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar