SON XƏBƏRLƏR

İran rəsmisi uzunmənzilli raketləri sınaqdan keçirəcəklərini deyib

2021.10.20, 07:36
İran rəsmisi uzunmənzilli raketləri sınaqdan keçirəcəklərini deyib

Gunaz.tv

GünAz TV: İran hərbi təlimlərin bir hissəsi olaraq uzunmənzilli raketləri sınaqdan keçirəcəyini bildirib.

Admiral (dəryasalar) Mahmud Musəvi deyib ki, raketlərin sınağı dekabrın (December) 24-də başlayan təlimlərin son mərhələsi olacaq.

Bildiriş İranla ABŞ (Amerika Birləşmiş Ştatları) arasında Hörmüz boğazı ətrafında söz güləşinin davam etdiyi vaxt verilib. İran Amerikanın Hörmüz boğazından neft daşınmasını dayandıracağına dair sərt xəbərdarlığını rədd edib.

İran hökuməti Qərbin onun nüvə proqramına qarşı sanksiyalar tətbiq etdiyi təqdirdə Hörmüz boğazından neft daşınmasının qarşısını almaqla hədələyib.

ABŞ (Amerika Birləşmiş Ştatları) hökuməti isə Hörmüz boğazından nəqliyyata mane olunmasına heç cür dözməyəcəyini bildirib. Bəhreyndə yerləşən 5-cı Dəniz qüvvələrinin sözçüsü leytenant (sitvan) Rebekka Rebarix bildirib ki, ABŞ naviqasiya (navbəri) azadlığının təmin edilməsi üçün əks tədbirlərə əl ata bilər.

Dünya neftinin üçdə iki hissəsi bu boğazdan daşınır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar