SON XƏBƏRLƏR

Suriya ordusu cümə namazından sonra rejimə qarşı etiraz edən aksiyaçılara atəş açdı, 17 nəfər həyatını itirdi.

2021.10.20, 07:36
Suriya ordusu cümə namazından sonra rejimə qarşı etiraz edən aksiyaçılara atəş açdı, 17 nəfər həyatını itirdi.

Gunaz.tv

Suriya ordusu cümə namazından sonra rejimə qarşı etiraz edən aksiyaçılara atəş açdı, 17 nəfər həyatını itirdi.

Suriyada Ərəb Birliyi müşahidəçilərinin araşdırmaları sürür, ancaq bu ölkədə etirazçılara qarşı zorakılıq devam edir.

Ordu, Cümə namazından sonra etiraz edən aksıyaçıları hədəf aldı, və bu hadisədə  17 nəfər öldü.

Suriyalı müxaliflər "Azadlıq meydanlarına hərakət  Cüməsi" olaraq adlandırdıqları gündə meydanlara töküldülər. Suriya ordusu isə yenə xalqın üzərinə atəş açdı.

İnternetdə yayınlanan  bir videoda, Şamın şəhər ətrafinda yerləşan  Daraya bölgəsində cümə namazından çıxan camaata atəş açıldığı aydındır.

Müxalif qaynaqlar da dünənki aksıyalarda   50 nəfərin öldüyünü bildirmişdi.

Şam rəhbərliyinin Ərəb Birliyi ilə imzaladığı barış planında, ordunun qırğınları dayandıraraq küçələrdən çəkilməsini və məhbusların sərbəst buraxılmasını tələb edir.

Müxaliflər, Azad Suriya Ordusunun təhlükəsizlik güclərinə hücumlarını dayandırdığını ancaq əsgərlərin xalqın üzərinə atəş açmağa davam etdiyini bildirdi.

Müxaliflərin, müşahidəçilərə də tənqidləri var.

Ərəb Birliyi müşahidəçilərinin nələr baş verdiyini görmək üçün çalışmadığını bildirdi.

Beynəlxalq Əfv Təşkilatı da, heyət başçısı Sudanlı General Mustafa əl Dabinin 1990-cİ illərdə Darfurda yaşanan işgəncə və qırğınlarda məsuliyyəti daşıdığını xatırlatdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar