SON XƏBƏRLƏR

Fransanın Ankaradakı səfirliyi qarşısında Azərbaycanlılar aksiya keçirdilər

2021.10.20, 07:36
Fransanın Ankaradakı səfirliyi qarşısında Azərbaycanlılar aksiya keçirdilər

Gunaz.tv

Fransanın Ankaradakı səfirliyi qarşısında Azərbaycanlılar aksiya keçirdilər

          Günaz TV: Ankaradan Günaz TV xəbər saytına gələn məlumata əsasən dünən 29 dekabrda Ankaradakı Fransa səfirliyinin qarşısında çox saylı Azərbaycanlılar  tərəfindən etiraz aksiyası keçirilmişdir.  Aksiya,  Fransa parlamentində qondarma Erməni soyqırımı ilə bağlı qanun qəbulu ilə bağlı olmuşdur.  

          Bu aksiyada “asılsız Erməni İddiaları ilə mücadilə dərnəyi”nin başqanı Göksel Gülbeyin media açıqlaması olmuşdur. Aksiya Türkiyə mediasının diqqət mərkəzində olmuşdur.

          Aksiya ilə yanaşı Xocalıda Azərbaycan Türklərinin Ermənilər tərəfində soy qırıma uğradıqlarını göstərən şəkillər də 5 saatlıq sərgidə gözlər önündə olmuşdur.

          Xatırladaq, Fransada prezdent seçkilərinə yaxınlaşdığı üçün Nikolas Sarxozi, Erməni diasporasının diqqətini cəlb etmək üçün bu gerçəkliyi olmayan mövzunu gündəmə gətirmiş və parlamentdə az saylı millət vəkili olduğu halda bu qanun layihəsi səsə qoyulmuşdur və müvafiq səs qazanmışdır.  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar