SON XƏBƏRLƏR

Mehrdad Kərəminin azadlığa buraxılması üçün imzatoplama kampaniyası başlayıb

2021.10.20, 07:36
Mehrdad Kərəminin azadlığa buraxılması üçün imzatoplama kampaniyası başlayıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəallar, milli-mədəni fəal Mehrdad Kərəminin azadlığa buarxılması üçün öz fəaliyyətlərini davam etdirirlər.

 

Tanınmış öyrənci fəal Mehrdad Kərəmi dekabrın 24-ü (deyin 3-ü) Təbrizdə ETTELAAT məmurları tərəfindən tutuqlanıb. O, hazırda Zəncanın ETTELAAT təcridxanasında saxlanılır.

 

Xatırladaq ki, Azərbaycanşünaslıq Ocağının keçmiş müdir-məsulu olan adını çəkdiyimiz azərbaycanlı fəal, dəfələrlə milli və mədəni zəmindəki fəaliyyətlərinə görə rejimin müxtəlif təzyiqlərinə məruz qalıb.

 

Azərbaycan siyasi məhbuslarının hüquqlarını müdafiə edən fəallar, Mehrdad Kərəminin azadlığa buraxılması üçün “petition” hazırlayaraq onun sərbəst buraxılması uğrunda amzatoplama kampaniyasına başlayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar