SON XƏBƏRLƏR

Səid Nəiminin barəsində çıxarılan müvəqqəti həbs qərarı mülki vəsiqə ilə əvəzlənib

2021.10.20, 07:36
Səid Nəiminin barəsində çıxarılan müvəqqəti həbs qərarı mülki vəsiqə ilə əvəzlənib

Gunaz.tv

GünAz TV: Dünən (dekabrın 29-u , deyin 8-i) azərbaycanlı fəal Səid Nəimi barəsində çıxarılan müvəqqəti həbs qərarı mülki vəsiqə ilə əvəzlənib.

 

Məhkəmə 235 gün ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) təcridxanası və Təbriz zindanında müvəqqəti saxlanıldıqdan sonra, Səid Nəiminin müvəqqəti həbs qərarının mülki vəsiqə ilə əvəzlənməsinə razılıq verib və 70000 dollar (70 milyon tümən) dəyərində mülki vəsiqə təyin edib.

 

Qeyd edək ki, yeni qərar İranda Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin həmtəsisçisi, insan haqları fəalı, yazıçı Səid Nəiminin vəkillərinin iştirakı ilə keçirilən üçüncü məhkəmə prosesində (prusə) qəbul olunub.

 

Səid Nəimi mayın 8-də (ordibeheştin 18-də) İranın ETTELAAT məmurları tərəfindən həbs olunub. Hüquq müdafiəçisinin barəsində çıxarılan həbs qərarının dəyişdirilməsi və girov qarşılığında azadlığa buraxılmasına dair vəsatətə iki dəfə mənfi cavab verilib. Səid Nəimi İrandakı mövcud rejimin müxalif qruplarına üzv olmaqda, xaricilərlə əlaqədə olmaq, yalan xəbər yaymaqda və s. ittiham olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar