SON XƏBƏRLƏR

Hörmüz boğazında təlimlər davam edir

2021.10.20, 07:36
Hörmüz boğazında təlimlər davam edir

Gunaz.tv

GünAz TV: İran keçidini bağlayacağı ilə hədələdiyi Hörmüz boğazında hərbi təlimləri davam etdirir.

 

"Vilayət 90" adlanan 10 günlük hərbi təlimlərin bu gün 7-ci günüdür. Dəniz qüvvələrinin əsgərləri helikopterlərdən paraşütlə (çətr-i nicat) atlanıblar. Təlimlərdə dənizdəki hədəfləri vurmaq da məşq edilib.

İran Ərəbistan dənizindən Hind okeanına (iqyanus) qədər uzanan ərazidə həyata keçirilən təlimlərin dinc məqsədli olduğunu və region (bölgə) ölkələrinə sülh və dostluq mesajı göndərdiyini bəyan edir.

 

Xatırladaq ki, İran beynəlxalq sanksiyaların (təhrim) tətbiq ediləcəyi təqdirdə neft keçidi hesab edilən Hörmüz boğazını bağlamayacağına dair xəbərdarlıq etmişdi. Dünən bununla bağlı açıqlama verən ABŞDövlət Departamentinin  (Amerika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi) mətbuat katibi Viktoriya Nuland isə Amerikaya məxsus 5-ci donanmanın (navqan) iki döyüş gəmisinin boğazdan adəti üzrə heç bir problemsiz keçdiyini açıqlayıb. Viktoriya Nuland Tehranın artıq sanksiyaların təziyiqini öz üzərində hiss etdiyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar