SON XƏBƏRLƏR

128 nəfər azərbaycanlı fəalın məhkəməsi sona çatıb

2021.10.20, 07:36
128 nəfər azərbaycanlı fəalın məhkəməsi sona çatıb

Gunaz.tv

GünAz TV: Kütləvi şəkildə Təbriz Məhkəməsinin 104-cü şöbəsində mühakimə olunan 128 azərbaycanlı fəalın məhkəmə prosesi (sürəc) yekunlaşıb.

 

Onların ilkin məhkəmə prosesi 2011-ci il dekabrın (December) 13-də keçirilib. Artıq soydaşlarımız barəsində çıxarılan son qərar məlum olub.

 

Təbriz Məhkəməsinin hakimi Kiyanuş Şükuhtazə milli təhlükəsizliyə qarşı çıxmaqda və qanunsuz aksiyalarda (yürüş) iştirak etməkdə təqsirləndirilən 128 azərbaycanlıdan 5 nəfərə 1 il həbs və 70 zərbə şalllaq, 10 nəfərə 6 ay həbs və 40 zərbə şalllaq, 25 nəfərə 3 ay həbs və 30 zərbə şalllaq, 37 nəfərə 6 ay şərti həbs və 20 zərbə şallaq cəzası verib. Mühakimə edilənlərdən 9 nəfərin yaşı yetkinlik həddinə çatmadığı üçün işləri uşaq məhkəməsinə göndərilib. Qalan 42 azərbaycanlı fəal isə sərbəst buraxılıb.

 

Qeyd edək ki, azərbaycanlı fəallar 2011-ci il sentyabr ayında (şəhrivər ayı) Təbriz şəhərində Urmu gölünə İran hökumətinin laqeyd münasibətinə etiraz olaraq keçirilmiş aksiya (yürüş) zamanı tutulmuşdular.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar