SON XƏBƏRLƏR

Fransa Minsk qrupu həmsədrliyindən çıxarılmalıdır

2021.10.20, 07:36
Fransa Minsk qrupu həmsədrliyindən çıxarılmalıdır

Gunaz.tv

GünAz TV: Millət vəkili Qüdrət Həsəquliyev də Qənirə Paşayevanın bu təklifi ilə həmfikir olduğunu vurğulayıb.

 

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisin plenar (ümumi) iclasında çıxışı zamanı deyib ki, Fransa Milli Assambleyasının (milli şura) qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qərarı ilə bağlı Milli Məclisin yaradılacaq Komissiyası Fransa Senatına bildiriməlidir ki, bu qərar qüvvədə saxlana bilməz.

 

Q. Paşayeva bildirib ki, Fransa bu qərarla erməni yalanlarına tərəf çıxır. Onun sözlərinə görə, tərəfdaşlıq edən bir ölkə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupunun həmsərdliyindən çıxmalıdır.

Millət vəkili Qüdrət Həsəquliyev də Qənirə Paşayevanın bu təklifi ilə həmfikir olduğunu vurğulayıb.

 

 Millət vəkili Zahid Oruc isə qeyd edib ki, qondarma “erməni soyqırmı”nı ifşa etmək və həm də birgə həqiqətləri ortaya qoymaq baxımından Azərbaycan və Türkiyə arasında Xocalı faciəsini dünya ictimaiyyətinə çatdırma üçün birgə qrupun, hətta iki dövlət arasında ayrıca qurumun yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, Xocalı soyqırımı kimi erməniləri dünyada ifşa edəcək ikinci güclü bir fakt (gərçək) yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar