SON XƏBƏRLƏR

Milli Məclis Fransa senatına müraciət qəbul edib

2021.10.20, 07:36
Milli Məclis Fransa senatına müraciət qəbul edib

Gunaz.tv

GünAz TV: Milli Məclis Fransa senatına qondarma “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanun layihəsi ilə bağlı müraciət etdi.

Müraciətin mətnini Azərbaycan-Fransa parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Sahibə Qafarova oxuyub.

Müraciətdə deyilir:

“Biz Sizi tam aydın olmayan uzaq tarixi hadisələrə ehtiyatla yanaşmağa çağırırıq. Şübhə yoxdur ki, qəbul ediləcəyi təqdirdə belə bir qanun demokratik quruluşun təməli olan insan hüquqları və azadlıqları sırasında əsas yer tutan söz və fikir azadlıqlarına zidd olacaq.

Lap yaxın keçmişdə, 1992-ci il fevralın (February) 26-da Azərbaycanın Xocalı şəhərinin yüzlərlə dinc sakini yalnız azərbaycanlı olduqlarına görə Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülüb. Bütün bunlar nəzərə alınarsa, tarixi hadisələrə birtərəfli mövqe ilə qiymət vermək cəhdləri tarixi həqiqətlərə hörmətsizliklərə gətirib çıxara bilər.

Belə bir qanunun qəbulu Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə məşğul olan ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupunun həmsədri kimi Fransanın obyektivliyini (gərçəkliyini) şübhə altına alacaq. Ona görə də Azərbaycan Milli Məclisi Fransa Senatındakı həmkarlarını adıçəkilən məsələnin müzakirəsi zamanı diqqətli və həssas olmağa çağırır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar