SON XƏBƏRLƏR

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Azərbaycan Milli Azadlıq Təşkilatının TƏBRİKİ

2021.10.20, 07:36
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Azərbaycan Milli Azadlıq Təşkilatının TƏBRİKİ

Gunaz.tv

GünAz TV: Azərbaycan dünyası Bayram günlərini yaşayır. Müxtəlif partiyalar, rəsmi orqanlar və qurumlar Azərbaycan xalqına öz təbrikllərini çatdırırlar.

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Azərbaycan Milli Azadlıq Təşkilatının TƏBRİK Bəyanatı yayıb:

 

“Azərbaycan Milli Azadlıq Təşkilatının TƏBRİKİ    31 Dekabr 1989-cu il Azərbaycan türklərinin milli mücadilə tarixinə ən əlamətdar günlərdən biri kimi həkk olunmuşdur. 31 Dekabr 2 əsrlik məcburi ayrılıqdan sonra o taylı-bu taylı Azərbaycan türklərinin yaranan ilk fürsətdə qovuşmağa tələsdiyi, bölünməz bütünlüyünün illərin aşımı ilə sarsılmayacaq qədər möhkəm olduğunu göstərdiyi, bununla da gələcək uğrunda mübarizəsinin yönünü müəyyənləşdirdiyi qutsal bir gündür.

Bu gün- Dünya Azərbaycanlılarının Həmrəylik günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.Artıq  Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Azərbaycan Milli Azadlıq Təşkilatı sizi bu qutsal gün münasibəti ilə təbrik edir və xalqımızı bir ideya, bir amal ətrafında birləşməyə, mübarizə aparmağa səsləyir.

Arzu edirik 2012 -ci il Güney Azərbaycanın MÜSTƏQİLLİYİ ili və Qarabağın, işğalda olan torpaqlarımızın əsarətdən qurtulub, AZADLIĞA qovuşduğu bir il olsun!

Qoy 2012-ci ildə bütün Azərbaycan türklərinin həmrəyliyi özünü sözdə yox, əməldə göstərsin!

Azərbaycan Milli Azadlıq Təşkilatı (AMAT)Mətbuat Xidməti

29 dekabr 2011-ci il

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar