SON XƏBƏRLƏR

Çavezdən ABŞ haqqında qorxunc iddia

2021.10.20, 07:36
Çavezdən ABŞ haqqında qorxunc iddia

Gunaz.tv

Çavezdən ABŞ haqqında qorxunc iddia

Venezuela Dövlət Başçısı Çavez, Cənub Amerikalı üst səviyyə siyasətçilərdə yaranan xərçənglərdə (Saratan) ABŞın əli olduğunu söylədi.

Çavez, paytaxt Karakasda bir açıqlamada, ABŞın bu istiqamətdə bir texnologiya inkişaf etdirmiş olması ehtimalından danışdı. Çavez, ancaq bunun 50 il sonra isbat edilə biləcəyini də ifadə etdi.

Kimsəni günahlandırmaq istəmədiyini,ifadə edən Çavez, "Amma Latın Amerikada baş verənlər olduqca çox qəribə" dir dedi.

57 yaşında olan Çavezə yazda əməliyyat edilmiş və  bədənindən xərçəngli bir şiş götürülmüşdü. Paraguay Dövlət Başçısı Fernando Lugo keçən il xərçəng müalicəsi görmüş, Braziliyada köhnə Dövlət Başçısı Luiz Inacio Lula da Silva qısa müddət əvvəl həncərə xərçənginə tutulmuş, son olaraq Argentina Dövlət Başçısı Kristina Fernandezin də tiroit xərçəngi olduğu açıqlanmışdı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar