SON XƏBƏRLƏR

“Erməni soyqırımı” ilə bağlı məsələ Fransa Senatının gündəliyinə daxil edilməyib

2021.10.20, 07:36
“Erməni soyqırımı” ilə bağlı məsələ Fransa Senatının gündəliyinə daxil edilməyib

Gunaz.tv

GünAz TV: Fransada “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi Senatın gündəliyinə daxil edilməyib.

Xarici mətbuatın yaydığı məlumata görə, bunu hakim partiyanın nümayəndəsi senator Roje Karuçi deyib.

O, qeyd edib ki, senatın fevralın (February) əvvəlinədək olan fəaliyyət proqramında qanun layihəsinin müzakirəsi yoxdur və dekabrda (December) keçirilən Nümayəndələr konfransı sənədi gündəliyə daxil etməyib: “Əgər yanvarın (January) sonunadək məsələ gündəliyə salınmayıbsa, qanun layihəsi parlament tərəfindən qəbul edilməyəcək. Çünki fevralın sonu-martın əvvəllərində parlament prezident seçkiləri kampaniyası ilə əlaqədar fəaliyyətini dayandıracaq”.

Senator onu da deyib ki, Senatın nümayəndələr konfransı yanvarın 10-da keçirilən toplantıda məsələnin gündəliyə salınması barədə qərar qəbul edə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar