SON XƏBƏRLƏR

Ankaradan Parisə sarsıdıcı cavab

2021.10.20, 07:36
Ankaradan Parisə sarsıdıcı cavab

Gunaz.tv

GünAz TV: Ankara «Cənub axını» kəmərinin ərazisindən keçməsinə razılıq verdi, «Nabukko» dəfn edilir.

Fransa prezidentinin siyasəti öz bəhrəsini verdi, Türkiyə Avropanın, o cümlədən Fransanın marağında olduğu qlobal (kürəsəl) enerji layihələrinə qarşı çıxdı. Ankaranın “Cənub axını” qaz kəmərinin onun ərazisindən keçməsinə razılıq vermək haqqında dünənki qərarını məhz belə qiymətləndirmək olar.

Bu barədə Rusiya baş naziri Vladimir Putin Moskvada Türkiyənin energetika naziri Yılmazla görüşdə bildirib.

Bundan başqa, Rusiya və Türkiyə 2012-ci ildə Rusiya qazının ixracının ən azı 2 mlrd. kub m. (metr-i mükəəb) artırılması haqqında razılıq əldə ediblər. Bu barədə jurnalistlərə məlumat verən “Qazprom” rəhbəri Aleksey Miller 2011-ci ildə ixracatın 25,5 mlrd. kub m. təşkil etdiyini bildirib.

“Cənub axını”nın, habelə Anadolu qaz kəmərinin tikintisi Avropa İttifaqının Rusiya qazından asılı olmamaq üçün həyata keçirilməsini çox istədiyi “Nabukko” qaz kəmərinin tikintisini gərəksiz edir (Turan).

Azərbaycan qazının (təxminən 16 mlrd. kubmetr) Avropaya Anadolu qaz kəməri ilə daxil olacağını, əlavə qaz həcmini isə (22 mlrd. kubmetrə qədər) yenə Rusiyanın təmin edəcəyini nəzərə alsaq, “Nabukko”nun tikintisinin perspektivi (çeşməndaz) az görünür. Belə olan halda “Nabukko” üçün qaz olmayacaq.

Bakıda ekspertlər (karşünas) qeyd edirlər ki, Ankara bu iki mühüm qərarı Fransa prezidentinin Osmanlı Türkiyəsində erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti haqqında qanunu ölkə parlamentində təsdiq etdirməklə Türkiyənin heysiyyətinə toxunmaq istəyi fonunda qəbul edib. İş o yerə çatıb ki, Sarkozi bu qanunu qəbul etməməsini istəmək üçün zəng edən Türkiyə prezidenti ilə danışmaqdan imtina edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar