SON XƏBƏRLƏR

PKK terror təşkilatı Suriyaya köçür

2021.10.20, 07:36
PKK terror təşkilatı Suriyaya köçür

Gunaz.tv

GünAz TV: PKK terror təşkilatının rəhbərliyi Şimali İraqdakı Qəndil dağlarından Suriyaya köçəcək. Bəşər Əsəd hakimiyyəti buna razılıq verib.

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə kəşfiyyat orqanları məlumatlar əldə edib.

 

PKK-ya hazırda gərçək rəhbərlik edən Murat Karayılan və ətrafı Türkiyə ordusunun Kazan vadisi və Hakkari hücumundan sonra keçirdiyi əməliyyat nəticəsində terror təşkilatına böyük zərbə vurulmasından və bu əməliyyatların Şimali İraqda da keçiriləcəyindən narahat olub.

 

Türkiyə ilə Şimali İraq Muxtar Kürd Bölgə hökuməti arasında son dövrlər münasibətlərin yaxşılaşmasını qayğı ilə izləyən Murat Karayılan və ətrafındakı şəxslər Qəndil dağındakı düşərgələrin başqa ölkələrə köçürülməsi ilə bağlı Suriya və İran kəşfiyyatı ilə danışıqlara başlayıblar.

 

Bu təklifə Suriyanın məxfi “əl-Muhaberat” kəşfiyyat qurumu müsbət yanaşıb. Türkiyə kəşfiyyat orqanlarındakı mənbə bildirib ki, Bəşər Əsəd hakimiyyəti suriyalı müxaliflərin qurduğu Azad Suriya Ordusuna Türkiyənin dəstək verdiyini iddia edərək PKK terror təşkilatının bazalarının (payqah) ölkədə yerləşdirilməsinə yaşıl işıq yandırıb. Məqsəd PKK terror təşkilatından Türkiyəyə qarşı istifadə etməkdir. Bəşər Əsədin atası Hafiz Əsəd də 16 il PKK terror təşkilatına sığınacaq verib, Türkiyəyə qarşı istifadə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar