SON XƏBƏRLƏR

Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə “Bayraq aksiyası” keçiriləcək

2021.10.20, 07:36
Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə “Bayraq aksiyası” keçiriləcək

Gunaz.tv

GünAz TV: Gənclərin Elmi-Mədəni İnkişafı İctimai Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayraq aksiyası keçirəcək.

Aksiya 31 dekabrda (December) Bakının mərkəzi küçələrində baş tutacaq.

Həmin gün ictimai birliyin fəal üzvləri paytaxt sakinlərinə bayraq hədiyyə edəcəklər.

Aksiya 2005-ci ildən bu günə kimi İctimai Birliyin üzvləri tərəfindən ənənəvi olaraq həyata keçirilir.

Qeyd edək ki, Gənclərin Elmi-Mədəni İnkişafı İctimai Birliyi 2007-ci ildə bir qrup gəncin təşəbbüsü əsasında yaranıb. Təşkilat fəaliyyət göstərdiyi andan gənclərin elmi-mədəni inkişafı, intellektual səviyyəsinin  inkişafı üçün bir çox proqramlar, tədbirlər keçirib. Birliyin 825-ə yaxın üzv və 20-yə yaxın könüllüsü var. Bundan başqa təşkilatın Şəki şəhərində regional (bölgəsəl) nümayəndəliyi fəaliyyət göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar