SON XƏBƏRLƏR

Paris Tehranı beynəlxalq qanunlara əməl etməyə çağırıb

2021.10.20, 07:36
Paris Tehranı beynəlxalq qanunlara əməl etməyə çağırıb

Gunaz.tv

GünAz TV: Fransa İrandan beynəlxalq qanunlara əməl etməyi tələb edib.

GünAz TV mətbuatb mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə,  bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmisi Bernard Valero açıqlama verib.

O bildirib ki, İranın Hörmüz boğazını bağlamaq təhdidi ilə bağlı Fransa Xarici İşlər Nazirliyi bu ölkəni beynəlxalq hüquqa hörmət etməyə dəvət edib: “Beynəlxalq qanunlara əsasən, Hörmüz boğazı vasitəsilə neft daşınması sərbəstdir. Çünki BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) 1982-ci ildə qəbul olunmuş Dəniz hüququna dair Konvensiyanın (konvansyon) əsasnaməsinə görə, Hörmüz boğazı beynəlxalq boğaz kimi qəbul edilib. Ona görə də İranı qanunlara riayət etməyə çağırırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar