SON XƏBƏRLƏR

Təhlükəsizlik qüvvələrinin Oğulbəy kəndinə təzyiqləri davam edir

2021.10.20, 07:36
Təhlükəsizlik qüvvələrinin Oğulbəy kəndinə təzyiqləri davam edir

Gunaz.tv

GünAz TV: Tikantəpənin (Tikab) Oğulbəy kəndi oxucular üçün tanış bir addır. Kəndin divarları hər zaman milli şüarlarla bəzənildiyi üçün, bu kənd son illərdə təhlükəsizlik qüvvələrinin diqqət mərkəzində olub.

 

Məlumata görə, Tikantəpə şəhərinin “Əmakin” idarəsinin məmurları Oğulbəy kəndinə hücum edib, divarlar üzərində milli məzmunlu və türk dilində yazılmış şüarları silməyə başlayıblar. Onlar, hətta avtomobillər üzərindəki türkcə yazılmış bir sıra etiketləridə siliblər.

 

Məmurların bu hərəkəti kənd əhalisinin ciddi reaksiyasına (əksüləməl) səbəb olub və nəhayət məmurlar bu işdən əl çəkiblər.

 

Xatırladaq ki, Oğulbəy kəndinə son illərdə bu tip təzyiqlərin sayı olduqca artıb. Buna səbəb milli düşüncənin kənd əhalisi arasında yüksək olması və bu zəmindəki fəaliyytətləridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar