SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Zohrabi azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Zohrabi azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qoşaçay şəhərinin sakini, azərbaycanlı fəal Vəliollah Zohrabi 15 gün saxlanıldıqdan sonra azadlığa buraxılıb.

 

Dekabrın 12-i (azərin 21-i) məhkəmə qərarı ilə tutuqlanan azərbaycanlı fəal mülki vəsiqə və zəmanət qarşılığında azadlığa buraxıla bilərdi. Lakin o, özünü günahsız hersab etdiyi üçün bu şəraiti qəbul etməyib və 15 gün tutuqlu qalıb.

 

Hər zaman milli- və mədəni zəmindəki fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələrinin diqqətində olan və bir çox təzyiqlərə məruz qalan azərbaycanlı fəal bu dəfə ümumi asayişi pozmaq və sistemin əleyhinə fəaliyyətdə ittiham olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar