SON XƏBƏRLƏR

Suriya ilə Türkiyə sərhədində qarşıdurma olub

2021.10.20, 07:36
Suriya ilə Türkiyə sərhədində qarşıdurma olub

Gunaz.tv

GünAz TV: Suriyalı əsgərlərlə Türkiyə ərazisindən sərhədi keçmək istəyən silahlı qruplaşma üzvləri arasında insident (hadisə) yaşanıb.

GünAz TV: Suriya əyalətlərində yaşanan silahlı qarşıdurmalar Türkiyə ilə sərhədə də sıçrayıb.  

Suriyalı əsgərlərlə Türkiyə ərazisindən sərhədi keçmək istəyən silahlı qruplaşma üzvləri arasında insident (hadisə) yaşanıb. Suriyanın “SANA” xəbər agentliyinin məlumatına görə, Cisr əl Şuğur yaxınlığındakı Eyn əl Beyda bölgəsində yaranmış silahlı qarşıdurma zamanı “terrorçu” adlandırılan şəxslərin bir hissəsi zərərsizləşdirilib.

Rəsmi dövlət agentliyi xəbər verir ki, yüngül silahlarla silahlanmış naməlum şəxslərdən ibarət qrupun sağ qalan üzvləri Türkiyə ərazisinə daxil olublar. Onlar dağlıq ərazilərdə gizlənə biliblər. Suriya rəsmiləri iddia edir ki, silahlılar onlardan götürülmüş partlayıcı maddələrdən terror aktlarının (əməl) törədilməsi məqsədilə istifadə etməyi planlaşdırıbmış.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar