SON XƏBƏRLƏR

Güney Azərbaycanda insan haqları pozuntuları ilə bağlı 6 aylıq Hesabat açıqlanıb

2021.10.20, 07:36
Güney Azərbaycanda insan haqları pozuntuları ilə bağlı 6 aylıq Hesabat açıqlanıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Şərqi və Qərbi əyalətlərindəki (ostan) mötəbər mənbələr, bu iki əyalətdə qeydə aldıqları insan haqları pozuntularını açıqlayıblar.

 

Bu barədə insan haqları fəalları ancaq qeyd edə bildikləri faktları İrandakı Beynəlxalq İnsan Haqları Kampaniyasına bildiriblər. Hesabat ancaq 6 ayı (1390-cı ilin birinci 6 ayı) əhatə edir. Məlumata görə insan haqları pozuntuları faktları şübhəsiz ki elan olunan faktlardan daha çoxdur.

 

Hesabatda represiyalara (sərkublara) məruz qalan insanların adlarıda çəkilib. Qeyd olunub ki, son 6 ay müddətində mədəni, siyasi, insan haqları, ayrıca qadın haqları və ekoloji fəallarından 320 nəfərdən çoxu tutuqlanıb. Tutulanlardan çoxu Urmu Gölü etirazlarında yaxalanıblar. Onlardan 326 nəfərinin kimliyi açıqlanıb.

 

Tutuqlanan azərbaycanlıların bir çoxu bir neçə gün saxlanıldıqdan sonra azadlığa buraxılıblar. Barələrində məhkəmə qərarı çıxarılan 45 nəfərdən 16-na şallaq hökmü verilib. 16 nəfərin barəsində isə cərimə qərarı çıxarılıb. 3 nəfər barəsində şallaq və cərimə qərarı çıxarılıb və 20 zərbə şallaq vurulduqdan sonra azad ediliblər.

 

6 ay müddətində sözdə narkotik (müxəddir) maddələri ilə bağlı 10 nəfər edam edilib.

 

Öncədən həbsə məhkum edilmiş 7 nəfər isə zindanlara gətirilib və hazırda məhbus həyatı yaşayırlar.

 

4 nəfər azərbaycanlı öyrəncinin isə təhsilinin davamına  qadağa qoyulub.

 

Tutulan azərbaycanlıların bir çoxuna tutulduqları zaman zor tətbiq olunub və saxlanıldıqları müddətdə işgəncə ediliblər. Tutuqluların böyük əksəriyyəti təhqirlərə məruz qalıb və işgəncələr nəticəsində bəzilərinin səhəti pozulub.

 

Bir daha xatırladaq ki, hesabatda vurğulanaraq qeyd olur ki, yuxarıda qeyd olunan faktlar ancaq insan haqları fəalları tərəfindən qeydə alınmış faktlardır, reallıqda isə şübhəsiz ki belə hadisələr daha çox baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar