SON XƏBƏRLƏR

Ruqəyyə Həsənzadənin barəsində çıxarılan məhkəmə qərarı təsdiqlənib

2021.10.20, 07:36
Ruqəyyə Həsənzadənin barəsində çıxarılan məhkəmə qərarı təsdiqlənib

Gunaz.tv

GünAz TV: Beynəlxalq təzyiqlərlə üz-üzə qalan Molla rejimi illərdir öz vətəndaşlarına qarşı tətbiq etdiyi təzyiqləri var gücü ilə davam etdirir.

 

Şərqi Azərbaycan vilayətinin (ostan) apelyasiya məhkəməsı (dadqah-i təcdide nəzər) Təbrizin ümumi məhkəməsinin 104-cü şöbəsi tərəfindən 91 gün həbs və 20 zərbə şallağa məhkum olunan xanım Ruqəyyə Həsənzadənin dosyesinə baxıb.

 

Apelyasiya məhkəməsi ümumi məhkəmənin qərarını qüvvədə saxlayıb.

 

Qeyd edək ki, xanım Həsənzadə ümumi asayişi pozmaq və sistemin əleyhinə şüar verməkdə ittiham edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar