SON XƏBƏRLƏR

İranda insan haqlarının pozulması ilə bağlı daha bir beynəlxalq qətnamə qəbul edilib

2021.10.20, 07:36
İranda insan haqlarının pozulması ilə bağlı daha bir beynəlxalq qətnamə qəbul edilib

Gunaz.tv

GünAz TV: Həlledici səsvermədə BMT Baş Assambleyası (Birləşmiş Millətlər Təşkilatının Gənəl Qurumu) İran İslam Cümhuriyyətində baş verən hüquq pozuntularını pisləyib.

İranın BMT-dəki səfiri Məhəmməd Xazei səsverməni pozmağa çalışsa da buna nail ola bilməyib.  Kanadanın sponsorluq (himayət, zəmanət) etdiyi qətnamə 89:30 nisbətində qəbul olunub.  64 dövlət bitərəf qalıb.  İndiyədək İrandakı durumu pisləyən doqquz qətnamə arasında son qətnaməyə ən çox dövlət səs verib.

Qətnamədə İranda baş vermiş hüquq pozuntuları hallarına geniş qaydada istinad olunur.  Sənəddə “konkret (müşəxxəs) tərifi olmayan cinayətlərə görə beynəlxalq hüquq normalarının mövcud olmadığı” bir şəraitdə” İranda tez-tez edam cəzalarının icra olunduğu bildirilir.  Qətnamə habelə saxlanma zamanı işgəncə və qəddar rəftar; hüquq müdafiəçilərinin hədəf alındığı; qadınlara qarşı geniş yayılmış zorakılıqlar; toplaşma azadlığının sistematik və ciddi şəkildə məhdudlaşdırıldığı; düşüncə, vicdan və din azadlıqlarının sistematik və ciddi şəkildə məhdudlaşdırıldığı vurğulanır.

Dövlət Departamentinin (xarici işlər nazirliyi) sözçüsü Viktoriya Nuland Baş Assambleyanın qətnaməni qəbul etməsini alqışlayıb.

“Qətnaməyə rekord 89 ölkənin səs verməsi göstərir ki, İran rejiminin artan repressiyaları (sərkublar) və törətdiyi insan haqları pozuntularına qarşı beynəlxalq konsensus meydana çıxmaqdadır.”

“Tehran özünün təkrar bəyanatları ilə BMT-nin sənədləşdirdiyi insan haqları sahəsindəki mənfi göstəricilərini danmağa çalışsa da beynəlxalq qurumlar, o cümlədən 2011-ci ildə BMT İnsan Haqları Şurasının İranda insan haqlarına nəzarət etməyi həvalə etdiyi Xüsusi Hesabatçı ölkədə baş almış işgəncələr, ifadə və din azadlıqlarının boğulması hallarını və rejimə qarşı çıxış etməyə cürət edən adamların həbslərini diqqətə çatdırmaqda davam edir,” deyə Viktoriya Nuland bildirib. voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar