SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistan prezidentləri Moskvada qovğa ediblər

2021.10.20, 07:36
Azərbaycan və Ermənistan prezidentləri Moskvada qovğa ediblər

Gunaz.tv

GünAz TV: Kremldə Azərbaycan və Ermənistan liderləri arasında əlbəyaxa çəkişmə yaşanıb. Məlumat rəsmi Bakı tərəfindən əkzib edilməyib.

 

Erməni mənbələri dekabrın (December) 19-da Rusiyanın paytaxtı Moskvada MDB (Müstəqil Dövlətlər Birliyi) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan arasında mübahisə düşdüyü haqda məlumat yayıb. Müxalifyönlü “Aykakan jamanax” qəzeti Moskvadakı mənbələrinə istinadən yazır ki, həmin gün MDB-nin 20 illik yubileyi ilə bağlı təşkilata üzv ölkələrin Kremldə təşkil olunmuş qeyri-formal sammitində (zirvə görüş) qalmaqallı insident (hadisə) baş verib: İlham Əliyevlə Serj Sərkisyan bir-biriləri ilə sərt mübahisə ediblər və bu zaman əlbəyaxa çəkişmə yaşanıb.

 

Qəzetin iddiasına görə, insident bu cür baş verib: sammitdə nəzərdə tutulub ki, təşkilatın 20 illik yubileyi (ildönümü) ilə bağlı MDB üzvü olan hər ölkədən bir diplomata mükafat verilsin. Mükafatın verilməsi üçün təşkilata üzv olan bütün ölkələrin prezidentlərinin razılığı lazım idi: “Bütün ölkələrin təmsilçiləri öz mükafatlarını alıblar. Ermənistan prezidenti isə mükafata xarici işlər nazirinin müavini Şavarş Köçəryanın namizədliyini irəli sürüb. Növbə ona çatanda İlham Əliyev mükafatın verilməsinə etiraz edib və nəticədə Şavarş Köçəryan mükafatsız qalıb. Azərbaycan nümayəndəsinə mükafat isə bundan cəmi bir neçə dəqiqə əvvəl verilmişdi və Serj Sərkisyan ona etiraz etməmişdi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar