SON XƏBƏRLƏR

Amerika İranı bombalasa dünya təhlükədən qurtarar

2021.10.20, 07:36
Amerika İranı bombalasa dünya təhlükədən qurtarar

Gunaz.tv

GünAz TV: ABŞ-da (Amerika Birləşmiş Ştatları) İrana qarşı kəskin çıxışlar edilir.

Amerika müdafiə naziri Robert Geytsin keçmiş xüsusi müşaviri Metyu Kroniq bildirib ki, ABŞ İranın nüvə obyektlərini (atom təsisatını) bombalamalıdır.

O, ABŞ-da Corctaun universitetində dərs verməklə yanaşı, ölkənin xarici siyasət şurasında öz postunu saxlamaqdadır.

Teleqaf.az «Kursor»-a istinadən xəbər verir ki, keçmiş müşavir «Foreign Affairs» jurnalına İranın nüvə silahı ələdə edəcəyini, atom-nüvə texnologiyasını bölgədəki müttəfiqlərinə verəcəyini, habelə Tehranın Yaxın Şərqi sürətlə silahlanmaya təhrik etdiyini yazıb. 

«Belə bir şəraitdə ABŞ bu bölgədə çoxsaylı hərbi birləşmə saxlamağa, müttəfiqlərinin müdafiə qüdrətini artırmağa böyük məbləğdə vəsait sərf edəcək» deyə,o, bildirib.

Onun qənaətincə, İranın nüvə obyektlərinin bombalanması ABŞ-a daha ucuz başa gələr: «İranın bombalanması həm bölgəni, həm də dünyanı gerçək təhlükədən xilas edər. Bu ABŞ-ın milli təhlükəsizliyinin uzunmüddətli təmin olunması deməkdir».

Keçmiş müşavir indiki prezident Barak Obama hakimiyyətini İranın atom-nüvə proqramını ciddi qəbul etməməkdə qınyaraq, nüvəli İslam Respublikasının ABŞ-ın Yaxın Şərqdəki maraqlarını təhdid etdiyini deyib. Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar