SON XƏBƏRLƏR

İran Birləşmiş Ərəb Əmirliklərini bütün əlaqələri kəsməklə hədələyib

2021.10.20, 07:36
İran Birləşmiş Ərəb Əmirliklərini bütün əlaqələri kəsməklə hədələyib

Gunaz.tv

GünAz TV: “Əgər Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranda xarici valyutanın (ərz, döviz) bahalaşmasına təsir göstərməyə davam etsə, bu ölkə ilə bütün əlaqələrimizi kəsəcəyik”.

Bunu İran prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi bildirib. O, son zamanlar İranda dolların məzənnəsinin artmasına toxunaraq ölkədə xarici valyutanın bahalaşmasında BƏƏ-ni təqsirləndirib: “Birləşmiş Ərəb Əmirliklərinin bütün ərazisi İranın bir vilayəti qədər olmasa da, ölkəmizin iqtisadiyyatına mənfi təsir göstərə bilir. İranda xarici valyutanın bahalaşmasında BƏƏ-nin əli var. İrandan hər həftə ora 160 təyyarə reysi həyata keçirilir və BƏƏ-yə ticarət məqsədilə gedib-gələn xeyli sayda vətəndaşımız var”. Apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar