SON XƏBƏRLƏR

Ordu millətin qürurudur...

2021.10.20, 07:36
Ordu millətin qürurudur...

Gunaz.tv
Ordu millətin qürurudur... Üzeyir Cəfərov: "Azərbaycan Ordusu bütün parametrlərinə görə Qafqazda ən güclü ordudur" 26 İyun Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. 90 il öncə- 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu yaradılıb. İndiki Silahlı Qüvvələrimiz həmin ordunun varisi kimi öz işinin öhdəsindən necə gəlir? Bu və digər suallarımızı ehtiyatda olan zabit, tanınmış hərbi ekspert Yzeyir Cəfərov cavablandırır. - Öncə, fürsətdən istifadə edib Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini Azərbaycan Ordusunun 90 illik yubileyi münasibətilə təbrik edirəm, onlara vətənə xidmətdə böyük uğurlar arzulayıram. Hərbi xidmət bütün dövrlərdə və bütün ölkələrdə şərəfli hesab olunub, hər bir millət öz ordusu ilə qürur duyur. Biz də öz ordumuzla fəxr edirik. Şəxsən mən öz orduma, öz xalqıma bağlı bir insanam, baxmayaraq ki, bəzən orduda olan neqativ halları bir ekspert, bir keçmiş hərbçi kimi tənqid edirəm. Burada yeganə məqsədim ordumuzun səviyyəsinin yüksəlməsinə xidmət etməkdir. - Azərbaycan Ordusunun yarandığı vaxtla Silahlı Qüvvələrimizin indiki səviyyəsi tarixi baxımdan müqayisə etmək qeyri-mümkündür. Hər halda, müəyyən müqayisələr mümkündür və hərbi ekspert kimi bununla bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı... - 1918-ci ildə yaranan Azərbaycan Ordusu ilə indiki ordu arasında tarixi şərait və inkişaf baxımından xeyli fərq var. O dövrdə Azərbaycan Ordusu çox çətin bir şəraitdə, ağır şərtlər altında formalaşmışdı, buna baxmayaraq vətəni qorumaq işində çox ciddi uğurlar əldə etmişdi. Bu gün isə, Silahlı Qüvvələrimiz kifayət qədər səviyyəli nizami hərbi hissələrdən ibarətdir. Ordu birləşmələrimiz müasir və peşəkar döyüş əməliyyatları aparmaq iqtidarındadır. Düzdür, hələ görüləsi işlər və inkişaf etdirilməli sahələr var, amma hesab edirəm ki, bunlar qısa müddətdə həyata keçirilək. Azərbaycan Silalı Qüvvələri 90-ci illərin əvvəllərindəki Silahlı Qüvvələr deyil. Bizim ordumuz döyüşlər gedə-gedə yaranıb, qısa zamanda formalaşıb. Ermənistan bizim torpaqlar hücum edəndə ordumuz yox idi, qeyri-nizami özünümüdafiə dəstələri var idi. Atəşkəs sazişindən sonra bu sahədə xeyli işlər görüldü və tədricən nizami ordu formalaşdırıldı. - ABŞ dövlət katibinin müavini Daniel Fridin Konqresdə keçirilən dinləmələrdə dediyi "Azərbaycan Ordusu heç də Ermənistan ordusundan güclü deyil" sözlərini necə qiymətləndirirsiniz? - Daniel Fridin belə açıqlama verməsi yersiz və uğursuz bir addımdır. Həm də ona görə ki, ABŞ ATƏT-in Minsk qrupunda həmsədr ölkələrdən biridir və münaqişənin nizamlanmasında iştirak edir. Digər tərəfdən görünür ki, Frid torpaqlarımızı başqa dövlətin yardımı ilə işğal edən Ermənistanın və Azərbaycanın hansı hərbi gücə malik olduğunu tam təfərrüatı ilə bilmir və bilə də bilməz. Hansı dövlətin ordusunun hansı gücə malik olması yalnız müharibədə məlum ola bilər. İndiyə kimi də Azərbaycanla Ermənistan arasında hərbi qanunlara uyğun müharibə aparılmayıb. Yalnız mövqe döyüşləri olub, hansısa starteжi yüksəkliklər və ya rayonlar uğrunda lokal döyüşlər aparılıb. Burada xarici təsirlərin də ciddi rolu olub. Bu səbəbdən də, cənab Fridin bu açıqlamasını yersiz və qeyri-ciddi sayıram. Belə çıxır ki, Ermənistana mesaж verilir ki, sizin ordu heç də Azərbaycan ordusundan zəif deyil, yəni, siz yenidən hücum da edə bilərsiniz, yeni əraziləri işğal da edə bilərsiniz və s. Amma hamıya gün kimi aydındır ki, Ermənistan ordusu Azərbaycan Ordusu ilə müqayisə edlməyəcək dərəcədə zəifdir - həm maddi-texniki baxımdan, həm də döyüş qabiliyyəti baxımından, həm də digər cəhətlər baxımından. - Azərbaycanın dövlət büdcəsi artdıqca, hərbi büdcəmizin artması təbiidir. Amma hərbi xərclərin 1,5 milyard dollara çatması və ölkə prezidentinin bu rəqəmin 2 milyarda çatdırılmasının vacibliyi haqda bəyanatları bəzi xarici ölkələrdə və təşkilatlarda narahatlıq doğurur. Baxmayaraq ki, Ermənistan büdcəsində hərbi xərclər faizlə götürdükdə Azərbaycandan çoxdur... - Bu məsələlərə yanaşmada ikili standartlar tətbiq olunur. Ermənistan büdcəsindən ayrılan hərbi təyinatlı xərclər faiz etibarilə bizdən çoxdur. Amma bizim hərbi büdcənin az qala Ermənistanın ümumi büdcəsinə çatması ölkəmizin silahlanmaya daha çox diqqət ayırması ilə bağlı deyil. Sadəcə, dövlət büdcəsi artdıqca, təbii ki, bütün sahələrdə artım olur. Azərbaycanda büdcənin təxminən 12-13 faizi hərbi xərclərə ayrılır. Dövlət büdcəsi nə qədər çox artsa, hərbi büdcə də ona müvafiq olaraq artmalıdır və bu, bütün dünyada belədir. Ermənistan büdcəsində isə, hərbi sahəyə 20 faizədək yer ayrılıb. Təəssüf ki, bu məsələni beynəlxalq qurumlar düzgün qiymətləndirmir. - Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının modernləşdirilməsi və ordunun ixtiyarında olan hərbi silah-sursat müasir tələblərə cavab verirmi? - Son vaxtlar Azərbaycan Ordusunun maddi-texniki bazası xeyli müasirləşdirilıb. Eləcə də, silah-sursat təchizatı da normal səviyyədədir, hərbi hissələrdə xidmət şəraiti də yaxşılaşıb. Mütamadi olaraq xarici ölkələrdən müasir hərbi texnika, təyyarələr və digər hərbi avadanlıqların alınması ordunun döyüş qabiliyyətinin yüksəlməsinə müsbət təsir edir. Buna baxmayaraq, hesab edirəm ki, bu sahədə daha çox işlər görmək mümkündür. Müdafiə Sənayesi Nazirliyinin yaradılması da müsbət addımlardan biridir və bu, ölkənin müdafiə sənayesinin inkişafı üçün lazımi proses idi. Ymumiyyətlə, hazırda Azərbaycan Silahlı Qüvvələri hərbi texnika, döyüş təyyarələri, dəniz gəmiləri və silah-sursat baxımından çox güclü duruma gəlib. Hər halda müasir tələblərə cavab verən hərbi texnikaya daha çox yer vermək lazımdır. Belə müasir texnika ilə işləyən hərbçilərin peşəkarlığı səviyyəsi və döyüş qabiliyyəti də təbii ki, yüksək olacaq. - Ordumuzun zabit, gizir və əsgər heyətinin peşəkarlıq səviyyəsini, vətənpərvərlik ruhunu və psixoloжi durumunu bir hərbçi kimi necə qiymətləndirirsiniz? - Bu gün Azərbaycan Ordusunda xidmət edən şəxsi heyət heç vaxt olmadığı qədər peşəkarlıq səviyyəsinə malikdir. Bu, hərbi təlimlər zamanı aşkar görünür. Bundan başqa, hərbi məktəblərin yetişdirdiyi hərbçilərin səviyyəsi də xeyli artıb. Vətənpərvərlik ruhuna gəldikdə isə, Azərbaycan xalqının hər bir oğlu hərbi xidmətdən qürur duymalıdır və bu gün hərbi xidmətə münasibət əvvəlki illərə nisbətən xeyli dəyişib. Azərbaycan əsgəri vətənpərvərlik ruhuna görə dünyada bəlkə də ilk yerlərdən birini tutur. Psixoloжi durum da normaldır. Çünki, Azərbaycan əsgəri görür ki, ölkəmiz qüdrətləndikcə, ordumuz da güclənir. Düşmən ordusunda olmayan müasir hərbi texnika və silah-sursatla təmin olanan, yaxşı şəraitdə xidmət edən əsgərin psixoloжi durumu necə olmalıdır ki? Bundan başqa, biz öz ordumuzu yüksək dəyərli qidalarla da təmin edə bilərik. Biz ehtiyatda olan hərbçilər müsbət işlərlə yanaşı, orduda olan müəyyən neqativ halları da qeyd etməklə mövcud problemlərin həllində öz töhfəmizi verməyə çalışırıq. Fikrimcə, Azərbaycan Ordusu bütün parametrlərinə görə, Qafqazda ən güclü ordudur və hesab edirəm ki, işğal edilmiş torpaqlarımızı az bir zamanda azad etməyə və vətəni qorumağa hazırdır. - Atəşkəs dövrü olmasına baxmayaraq son vaxtlar cəbhə bölgəsində xeyli əsgər itirmişik. Bu haqda sizin mətbautda yazılarınız dərc olunub. Döyüş əməliyyatları olmayan dövrdə bu qədər itkinin səbəbi nədir? - Təəssüf ki, düşmən gülləsindən şəhid olan əsgərlərimizlə yanaşı, məsuliyyətsizlikdən və qeyri səbəblərdən həlak olan əsgərlərimiz də var. Məsələ burasındadır ki, orduda nizam-intizama riayət etməyənləri ciddi cəzalandırmaq lazımdır. Düşmən gülləsindən həlak olmayan əsgərin valideynlərinə, xalqa bunu necə əsaslandırmaq olar? Müdafiə Nazirliyi belə faktları gizlətməkdənsə, yaxşı olar ki, bununla bağlı ciddi tədbirlər görsün. Əgər atəşkəs vaxtı bu qədər itki veririksə, onda elə adlı-minnətli müharibə edib torpaqlarımızı azad etsək daha yaxşı olar. Təbii ki, qarşı tərəfdə də belə itkilər var və bu itkilərin sayı bizdəkindən çoxdur. Hər bir halda cəmiyyət ordu haqqında düzgün məlumatlar almalıdır. Bu zaman orduya inam daha güclü olar. - Silahlı Qüvvələrimizin NATO standartlarına keçməsi prosesi necə gedir? - NATO dünyada ən böyük və ən nüfuzlu hərbi-siyasi təşkilatdır. Sözsüz ki, Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması vacib bir prosesdir. Azərbaycan da bu təşkilatın bir sıra proqramlarında fəal iştirak edir. NATO-nun Bakıda keçirilən tədbirləri də göstərdi ki, ölkəmizin NATO-ya interqasiyası daha da güclənib. Düzdür anlamaq olar ki, burada kənar təsirlər də var. Rusiya və İran faktorunu nəzərə almaq lazım gəlir. Gürcüstanın bu quruma üzvlük prosesi nə qədər ağrılı olsa da, hər halda davam edir və qonşu ölkə yaxın vaxtda bu qurumun üzvü olacaq. Bizim ən yaxın stareteжi müttəfiqimiz, qardaş ölkə Türkiyə isə bu təşkilatın ən fəal üzlərindən biridir. Ən azı bu baxımdan biz də NATO-da təmsil olunmalıyıq. Hələlik NATO srtandartlarına tam da olmasa, müəyyən qədər uyğunlaşma var. Arzu edərdim ki, bu proses qısa müddətdə tamamlansın. Azərbaycanda mobil, peşəkar, yüksək döyüş qabiliyyətli ordu yaratmaq üçün güclü potensial var. - İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi münasibətilə Bakıda hərbi parad keçiriləcək. Azərbaycan tarixində 3-cü hərbi paradın keçirilməsi regionda psixoloжi baxımdan ölkəmizə hansı üstünlüklər verə bilər. - Bakıda hərbi paradın təşkilini yalnız alqışlamaq olar. Bu təbii ki, Azərbaycanın hərbi qüdrətinin real nümayişi olacaq. Hərbi paradın möhtəşəm keçməsi əlbəttə, Azərbaycanın nüfuzunu artıran bir məsələdir. Bundan başqa ölkə əhalisinin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi üçün bu tədbiri çox müsbət qiymətləndirmək lazımdır. Bütün qoşun növlərinin iştirakı ilə mobil parad keçirmək Azərbaycan Ordusunun nə dərəcədə nizami və peşəkar olmasını bütün dünyaya nümayiş etdirə bilər. Sonda qeyd etmək istəyirəm ki, biz hərbçilər vətənin azadlığı üçün döyüşə hər an hazırıq. Bütün Azərbaycan xalqını ordumuzun 90 illik yubileyi münasibəti ilə təbrik edir və arzu edirəm ki, tezliklə işğal edilmiş torpaqlarımızı azad edək. E.Bayramlı express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar