KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Cavid CABBAROĞLU Bir dəfə Əbülfəz Elçibəydən soruşmuşdular ki, Siz niyə Atatürkü bu qədər çox, hətta Anadolu insanından da artıq sevirsiniz. Cavabı belə olmuşdu: “Gözəl tabloları yaxından seyr etməklə olduğu kimi qiymətləndirmək çətindi. Mən Atatürk tablosuna uzaqdan, öz dövlətini qurub dünyada haqq sahibi olmaq istəyən bir millətin yerindən durub baxıram. O zaman Atatürkün öz nəhəngliyini, yaratdığı Türkiyə dövləti kimi tablonun nəhəngliyini görməmək mümkün deyil...” Bizi Elçibəydən 8 illik bir zaman məsafəsi ayırır artıq. Hər ötən il, hər ötən gün, hətta hər ötən an bizi ondan daha da uzaqlaşdırır. Və uzaqlaşdıqca da onu daha yaxşı tanımağa başlayırıq. İndi biz də Elçibəyə uzaqdan, bir tablo kimi baxırıq – Elçibəy Atatürk tablosuna baxan kimi. Və baxdıqca da bu tabloda Elçibəyin öz nəhəngliyini, mübarizə və savaşlarda keçən ömrünün nəhəngliyini, Azərbaycan türkünün xoşbəxt gələcəyi üçün bitib-tükənmək bilməyən arzularının nəhəngliyini görürük. Onun ömrü də, missiyası da sanki XX əsr üçün yazılmışdı. Yəqin elə bu səbəbdən bizimlə birgə XXI əsrə adlaya bilmədi, bəlkə də adlamaq istəmədi. Amma Tanrının yazdığı ömür payından fərqli olaraq, Elçibəyin özü də, sözü də, fikirləri də XXI yüzil və daha sonrakı əsrlər üçün idi. * * * Müdriklərdən biri deyib ki, müasirləri insanı əməllərinin nəticəsinə görə, sonrakı nəsillər isə niyyətinə görə qiymətləndirir. Biz müasiri olduğuna görə Elçibəyi əməlinin nəticəsinə görə qiymətləndirdik – zəif prezident, məğlub siyasətçi kimi. Adına olmazın şər-şəbədələr qoşdular, ibarələr söylədilər, “qorxub qaçdı” dedilər. Amma və lakin fərqinə də varmadılar ki, lap əməllərinin nəticələrinə görə qiymətləndirsələr də, bu saf niyyətli adamın Azərbaycan üçün, Azərbaycan türkü üçün etdikləri doğrudan da böyük, nəhəng işlər idi. Elçibəy 63 illik ömründə nələr etdi? O, bizə milli kimliyimizi qaytardı, türk olduğumuzu anlatdı, Bütöv Azərbaycan məfkurəsini beyinlərə, ürəklərə yeritdi, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda hərəkat başladıb onu uğurla başa çatdırdı. Sonra gəlib ölkəmizə prezident oldu – bir il sonra devriləcəyini bilə-bilə. O, azərbaycanlıların bütün tarixi boyu seçdiyi ilk padşah idi. Bir il ərzində işğalçılara qarşı mübarizə apardı, məğlubiyyət seriyasından gözü açılmayan toplumun özünəinam hissini qaytardı, milli valyutamızı dövriyyəyə buraxdı, ali məktəblərə test üsulu ilə tələbə qəbulunun əsasını qoydu və nəhayət, 200 ildən sonra rus ordusunu Azərbaycandan çıxardı. Bu, onun “zəif prezident” kimi gördüyü işlər idi. “Cəsarətsiz siyasətçi” kimi isə işi bundan ibarət oldu ki, devriləndən sonra da ölkəni tərk etmədi – hələ indiyədək tarixdə hakimiyyətdən devrilən rəhbərin ölkədə qalması faktına rast gəlinməyib. Hər halda, Ordubadın ucqar dağ kəndində doğulub bir millətin taleyini dəyişəcək qədər statusa sahib olmaq, Azərbaycan prezidenti və türk dünyasının liderindən biri mərtəbəsinə yüksəlmək “zəif adam”ın işi ola bilməzdi. * * * Elçibəy istəsəydi, çoxları kimi rahat bir ömür sürə bilərdi. Sovet dövründə şərqşünaslıq fakültəsini bitirib ərəb ölkələrində tərcüməçi işləmək nə demək idi – bunu əksəriyyət bilir. Ən azı qayıdanda özüylə bir “Volqa” və bir neçə ilə bəs edəcək qədər para gətirə bilərdi. Amma Elçibəy o paranı Misirə qastrola gedən Azərbaycan müğənnilərinin konsertlərində “Azərbaycan” qışqırmaları üçün ərəb çocuqlarına xərcləmişdi. Bakıya qayıdandan sonra dissertasiya müdafiə edib alimlik dərəcəsi alandan sonra da karyera qapıları üzünə açılmışdı. Zatən ensiklopedik biliyə malik olması, Şərq tarixinin və ərəb dilinin incəliklərinə yiyələnməsi buna haqq və imkan da verirdi. Amma o, universitet müəllimliyindən ikiəlli yapışıb, ali məktəb auditoriyalarını azadlıq ideyalarını yaymaq və milləti 40 il sonrakı istiqlala hazırlamaq üçün əlverişli məkan hesab etmişdi. Həbsxana həyatından sonra universitet qapıları üzünə bağlansa da, yolundan dönməmiş, sınmamış, yorulmamış, yıxılmamış, bütöv bir istiqlal nəsli formalaşdıra bilmişdi. * * * Həzrəti Məhəmməd (s.ə.s.) hədislərinin birində buyurur ki, “hər bir insanın dəyəri Tanrıya iman gətirdikdən sonra xalqı sevməklə ölçülür”. Yəni Xaliqə gedən yol xalqdan keçir. Elçibəyin ən böyük silahı məhz xalqı sevməsində idi. Bu sevgi o qədər böyük idi ki, Bəy əfsanəvi Şərq hökmdarları kimi bir əlində qılınc, o biri əlində qələm tuta bilmədi. Ya hər iki əlində qələm tutdu, ya da qılınc tutmalı olan əliylə hər kəsi, hətta bədxahlarını da sığallamağa çalışdı. Hərçənd bir tarixçi kimi bilməmiş deyildi ki, sevgili milləti Sabiri acından sabun yeməyə, Hüseyn Cavidi pencəyini satmağa, Mirzə Cəlili əlyazmalarını yandırıb evini qızdırmağa məcbur edib və azərbaycanlılardan başqa heç bir xalqın leksikonunda “xalq üçün ağlayan göz kor olar” atalar məsəli yoxdu – yenə də bu dəli sevdadan, millətə olan sevgisindən vaz keçmədi. O, əsl sevgi sultanı, millət sevdalısıydı. Taleyin işinə bax: Azərbaycanın azadlıq bayrağını XX əsrin əvvəlində Rəsulzadə, sonunda Elçibəy qaldırdı. Hər ikisinin soyadında “peyğəmbər” sözü vardı. Millətini sevmək hər ikisinə cəza oldu, olmazın cəfalar çəkdirdi. Heç biri yolundan dönmədi. Və hər ikisi Azərbaycandan kənarda – Türkiyədə dünyasını dəyişdi. Bəlkə də Tanrı bu məmləkətə istiqlal elçilərinin əbədiyyətə qovuşma məkanı statusunu layiq görmədi... * * * Elçibəy bir insan ömrünə sığmayacaq həyat yaşadı. Alim həyatı, ziyalı həyatı, dissident həyatı, inqilabçı həyatı, lider həyatı, prezident həyatı, bir də BƏY həyatı... O, BƏY gəldi, BƏY getdi. Camaat dədəsinin qoyduğu adı doğrulda bilmədiyi bir vaxtda 30 ildən artıq müddətdə BƏY adını mübaliğəsiz-filansız layiqincə daşıdı. Kiməsə nökər olmadı, qul olmadı, kölə olmadı. BƏY oldu, BƏY olacaq – istər yetmiş yox, lap səksən, yüz, yüz yetmiş yaşı olsun! lent
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi