SON XƏBƏRLƏR

İran qərbi neft kartı ilə hədələdi

2021.10.20, 07:36
İran qərbi neft kartı ilə hədələdi

Gunaz.tv

GünAz TV: İran rəsmilərinin dünən verdiyi açıqlamaya əsasən, əgər İranın xam neftinə tətbiq edilən sanksiyalar (təhrim) davam edərsə, İran Hörmüz körfəzi vasitəsilə ixrac edilən nefti dayandıracağını deyib.

İranın neft ixracını kəsməsi Körfəz neftindən asılı olan ölkələrinin iqtisadiyyatına ciddi zərbə vura bilər.

Qərbin İrana təzyiqi noyabrın (November) 8-də MAQATE-nin (Azərbaycanla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) Tehranda atom bombasının yaradılması üzərində işlədiyini bildirən hesabatından sonra gərginləşib. İran bunu inkar edib və dinc məqsədlər üçün nüvə enerjisi hazırladığını deyib.  

2006-cı ildən bəri BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) dörd dəfə sanksiya (təhrim) qoymasına baxmayaraq, İran nüvə fəaliyyətini daha da genişləndirib.

Üç həftə əvvəl Avropa Birliyi xarici işlər naziri İrana olan sanksiyaları daha da artırmağı və dünyanın ən böyük beşinci xammal istehsalçısı olan İranın neftinə embarqo (təhrim) qoymaq barədə plan irəli sürmüşdü.

“Əgər Qərb İran neftinin ixracına sanksiya qoyarsa, onda heç bir damla neft də Hörmüz körfəzindən axa bilməz” – İranın birinci vitse prezidenti (prezident müavini) Məhəmməd Rza Rəhimi deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar