SON XƏBƏRLƏR

İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib

2021.10.20, 07:36
İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib

Gunaz.tv

GünAz TV: Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyası bu gün İranın Azərbaycandakı səfirliyi qarşısında piket (dəstək göstərisi)  keçirib.

 

Piketin keçirilməsində məqsəd İran Prezidenti Mahmud Əhmədinejadın Azərbaycan xalqına və müsəlmanlara qarşı işğalçı və soyqırımı siyasəti yeridən qondarma “Ermənistana” səfəri zamanı erməni antiislamçıları ilə iqtisadi-siyasi anlaşmaya qol qoymasıdır.

 

40 nəfərdən ibarət piket iştirakçıları tərəfindən “fars, rus, erməni – bunlar türkün düşmənidir”, “erməni İslam dininin düşmənidir” kimi şüarlar səsləndirilib.

 

Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyasının rəsmi səlahiyyətlisi Şaban Nəsirli partiyanın bəyanatını oxuyub.

 Qeyd edək ki, polis aksiya iştirakçılarına heç bir müdaxilə etməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar