SON XƏBƏRLƏR

İranda ABŞ yə casusluq suçundan yaxalanan Hikmətinin ilk məhkəməsı keçirildi

2021.10.20, 07:36
İranda ABŞ yə casusluq suçundan yaxalanan Hikmətinin ilk məhkəməsı keçirildi

Gunaz.tv

İranda ABŞ yə casusluq suçundan yaxalanan Hikmətinin ilk məhkəməsı keçirildi

İran vətəndaşlı 1983 doğulan və ABŞın Mişigan əyalətində yaşayan Əli oğulu Əmir Mirzayi Hikməti bir müddət əvvəl  İran İslam cumhuriyəti  nizamı əleyhinə ABŞ  təşkilatı "CIA"lə əməkdaşlıq  günahından nəzarətə alındı.

Bu gün səhər Səlavatının Başçılığında təşkil edilən məhkəmədə ilk başda tutuqlu haqqında öz etiraflarına da söykənərək hazırlanan iddianamə mətni dadistan Nümayəndəsi tərəfindən oxundu.

 İddianamədə mutəhəm Hikmətinin İslam cumhuriyetinin nizamı əleyhinə düşmən ABŞ və bu ölkənin  təşkilatı "CIA" ilə əməkdaşlıq ettiyi  vurğulandı.

 Casusluq suçundan tutuqlanan şəxs müdafiə etməsində günahını etiraf etməklə birlikdə ABŞ tərəfindən aldadıldığını, ayrıca İrana gəlişiylə bu ölkədə qalmaq istədiyi və bir daha Amerikaya dönmə niyyəti olmadığını söylədi.

Məhkəmə sonunda Hakim Səlavati, müdafiə etmə mətnini muttəhəmin vəkili tərəfindən məhkəməyə təqdim edilməsi və lazımlı araşdırmalar edilməsindən sonra məhkəmə qərarının elan ediləcəyini bildirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar