SON XƏBƏRLƏR

Mehdi Kərrubi seçkilərə qatılmayacaqlarını bildirib

2021.10.20, 07:36
Mehdi Kərrubi seçkilərə qatılmayacaqlarını bildirib

Gunaz.tv

GünAz TV: İran müxalifətinin liderlərindən olan, 10 aydan çoxdur ev dustaqlığında saxlanan Mehdi Kərrubiyə həyat yoldaşı Fatimə Kərrubi ilə görüş verilib.

Görüşdə Mehdi Kərrubi islahatçıların qarşıdan gələn parlament seçkisinə qatılmayacağını bəyan edib.

İranda növbəti parlament seçkisi 2012-ci ilin martında (March) keçirilməlidir.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Kərrubinin qarşıdan gələn parlament seçkisi ilə bağlı mövqeyini Fatimə Kərrubi görüşdən sonra jurnalistlərə açıqlayıb.

Mehdi Kərrubi xanımı vasitəsilə tərəfdarlarına etdiyi müraciətində hakimiyyətin parlament seçkisini yuxarıdan yönləndirmək niyyətində olduğunu, saxta seçki keçirmək istədiyini vurğulayıb: “Mən İran İslam Cümhuriyyəti rəsmilərinin mövqeyindən belə bir nəticəyə gəlmişəm ki, hakimiyyətdə olan bu cənablar xalqın səsinə zərrə qədər inanmırlar. Məhz buna görə də onlar indidən saxta bir seçki keçirməyə hazırlaşırlar.

Xalqın narazılığından xəbərdar olan bu cənablar bəzi seçki dairələrini ləğv etmək, seçkini saxtalaşdırmaq, buna etiraz bildirənləri isə tutub dama basmaq niyyətindədirlər. Onlar ölkədə qorxu, vahimə yaratmaqla  təhlükəsizlik qüvvələrinin zoru sayəsində 2009-cu ildə keçirilmiş prezident seçkisi dövründəki oyunları təkrarlamağa çalışırlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar