SON XƏBƏRLƏR

Fransa Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılır?

2021.10.20, 07:36
Fransa Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılır?

Gunaz.tv

GünAz TV: XİN (xarici işlər nazirliyi) bildirib ki, “Son addımı Fransanın proseslərdəki (sürəc) iştirakına böyük zərbə ola bilər.”

 

Fransa parlamentində qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinəyət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan sənədin qəbulundan sonra Türkiyə prezidenti Abdulla Gül səviyyəsində “Fransa Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırıla bilər” fikri ifadə olunub.

 

Bundan əlavə, Türkiyənin müxalifət partiyalarının nümayəndələri də artıq regiondakı (bölgə) proseslərdə Fransanın iştirakının yolverilməz olduğunu bildiriblər. Fransanın Minsk qrupunun həmsədirliyindən kənarlaşdırılması tələbi isə israrla vurğulanır...

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdulayev Modern.az saytına deyib ki, XİN Fransanın son addımı ilə bağlı bəyanat verib. Bəyanatda Azərbaycan tərəfinin Türkiyə ilə dostluğu, həmrəyliyi ifadə olunub.

 

 “Biz qondarma “erməni soyqırımı” məsələsinin araşdırılmasını tarixçilərin öhdəsinə buraxılmasını zəruri hesab edirik”-deyə E.Abdullayev bildirib.

 

E.Abdullayev deyib ki, Fransanının deputatları (millət vəkili) erməni icmasının əlində alətə çevrilməməlidirlər: “Əgər bu, baş verirsə, Fransanın imicinə (vəchə) böyük zərbə dəyəcək. Regional (bölgəsəl) və qlobol (kürəsəl) proseslərdə Fransanın iştirakına baxıla bilər. Ona görə də Fransanın bu qərarı anlaşılmazdır. Əgər söhbət regiondakı proseslərdən gedirsə, son addımı Fransanın bu proseslərdəki iştirakına böyük zərbə ola bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar