SON XƏBƏRLƏR

Ermənilər işsizlikdən ölkəni tərk edirlər

2021.10.20, 07:36
Ermənilər işsizlikdən ölkəni tərk edirlər

Gunaz.tv

GünAz TV: Ermənistanda mühacirət etmək sosial-iqtisadi problemlərlə əlaqədardır. Mühacirət edənlərin 93.5%-i işsizlik problemlərini əsas səbəb kimi göstərib.

 

QHT-lər (Qeyri Hökumət Təşkilatları) tərəfindən aparılan və ATƏT (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı)  tərəfindən dəstəklənən tədqiqat göstərir ki, mühacirət edənlərin 93.5%-i işsizlik problemlərini əsas səbəb kimi göstərib. Bu barədə ANN.Az “News.az”-a istinadən məlumat yayıb.

 

Miqrasiya  (köç) edənlərin 46.5%-i ölkədə iş olmadığını deyib, 43%-i isə maaşların aşağı olmasından şikayətlənib.

 

 Miqrantlardan (mühacirlərin) 13.1%-i işləyir, 1.7%-i iqtisadi cəhətdən fəal olan qadın və kişilərdir. Onlardan yarısı 21-40 yaş arası, digər yarısı isə 41-60 yaşlarındadır.

 

75%-dən çox miqrantlar orta, 20%-i isə ali təhsilə malikdir.

 

Onlardan 93%-i Rusiyaya miqrasiya edənlərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar